“Mətbuatda yayılan söz-söhbətlərə baxmayaraq..." - Klub rəsmisi təkzib etdi

15 Aprel 2023 22:00 İtaliya 465
“Mətbuatda yayılan söz-söhbətlərə baxmayaraq..." - Klub rəsmisi təkzib etdi

“Yuventus”un direktoru Françesko Kalvo hücumçu Duşan Vlahoviçin karyerasını başqa klubda davam etdirəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi serbiyalı futbolçu ilə ayrılmaq fikrində olmadıqlarını deyib:

“Mətbuatda yayılan söz-söhbətlərə baxmayaraq, Duşan hazırkı və gələcək planlarımız üçün nəzərdə tutulan layihəmizin əsas oyunçusudur.

Hər məşqdə onun nə qədər çalışdığını görürük. Elə bu səbəbdən də, bu günə və gələcəyə olan inamımız tamdır. Biz pozitiv düşünürük”.

Öncədən yayılan xəbərə görə, “Real”ın Kərim Benzema komandadan ayrılacağı halda, Vlahoviçi transfer edə biləcəyi bildirilirdi.

Duşan Vlahoviç cari mövsümdə “qoca sinyora”nın heyətində bütün turnirlər daxil olmaqla 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!