
"Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi "Bornmut"dan Cordan Zemuranı transfer edib.
Premyer Liqa təmsilçisi ilə müqaviləsi başa çatan 23 yaşlı sol cinah müdafiəçisi yayda azad agent statusu ilə "Udineze"yə keçəcək. Zimbabveli futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Cordan Zemura 2019-cu ilin yayından "Bornmut"da çıxış edirdi. O, cari mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.