"De Byazi ilə çalışmaq dəhşətdir, onun xasiyyəti çox pisdir, sizə dözüm arzulayıram"

12 Aprel 2023 09:40 İtaliya 2 717
"De Byazi ilə çalışmaq dəhşətdir, onun xasiyyəti çox pisdir, sizə dözüm arzulayıram"

Azərbaycan millisinin sabiq məşqçisi Benito Karbone III Divizionda işləyəcək.

İtaliyalı mütəxəssis ölkəsində "Paviya" ilə anlaşıb.

Onun futbolçu karyerasını başa vurduğu komanda ilə imzaladığı sözləşmənin detalları açıqlanmayıb.

Karbone 2020 - 2022-ci illərdə Azərbaycan yığmasında çalışıb. Onu bura Canni De Byazi dəvət edib və çox maraqıdır ki, Karbone məhz həmyerlisi ilə yaşadığı problemlər üzündən Bakıdan ayrılıb.

İş prosesi əsnasında yaranan fikir ayrılıqları tərəflər arasında ciddi söz-söhbətə gətirib çıxarıb.

O, De Byazinin taktiki baxışları və futbolçulara göstərdiyi münasibətlə razılaşmayıb.

Hətta İtaliyaya qayıdandan sonra komandanın bir neçə oyunuçusu ilə əlaqə saxlayaraq, onlara «De Byazi ilə çalışmaq dəhşətdir. Onun xasiyyəti çox pisdir. Sizə dözüm arzulayıram» deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!