“Oyunçularımın xarakteri ilə fəxr edirəm - Bu, əla idi. Sevinirəm”

10 Aprel 2023 10:00 İtaliya 650
“Oyunçularımın xarakteri ilə fəxr edirəm - Bu, əla idi. Sevinirəm”

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri İtaliya A Seriyasının 29-cu turunun “Yuventus”la matçını (2:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, futbolçularının xarakter göstərdiyini vurğulayıb:

“Oyunçularımın xarakteri ilə fəxr edirəm. Məşq zamanı olan müsbət əhval-ruhiyə oyunda da özünü göstərdi.

Komandam oyundan qopmurdu. Bu, əla idi. Sevinirəm.

Biz İtaliya çempionatında sabit mübarizə aparsaq da, avrokuboklarda problemlər özünü göstərir. Qarşıda bizi çoxlu oyunlar gözləyir”.

Paytaxt təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlində 58 xalla ikinci, “Yuventus” isə 44 xalla yeddinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"