“Yuventus” Romada məğlubiyyət aldı - VİDEO

9 Aprel 2023 01:30 İtaliya 595
“Yuventus” Romada məğlubiyyət aldı - VİDEO

İtaliya A Seriyasında XXIX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun bağlanış, həm də mərkəzi oyunu paytaxt “Roma”da baş tutub.

İkinci pillədə qərarlaşan “Latsio” “Yuventus”u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 58-ə yüksəldən “qartallar” ikinci pillədə möhkəmləniblər. Lider “Napoli”dən 16 xal geri qalan “Latsio”, üçüncü “Roma”nı beş xal üstələyir.

“Yuventus” isə 44 xalla 7-cidir. Maliyyə maxinasiyalarına görə Turin klubunun hesabından 15 xal silinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti