Joze Mourinyo Səudiyyə Ərəbistanı yığmasını çalışdıracaq?

6 Aprel 2023 18:40 İtaliya 668
Joze Mourinyo Səudiyyə Ərəbistanı yığmasını çalışdıracaq?

"Roma"nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanında çalışa bilər.

Sportinfo.az xəbər verir ki, 60 yaşlı mütəxəssisə bu ölkənin milli komandasına rəhbərlik etmək təklif olunub.

Bu barədə "Corriere dello Sport" məlumat yayıb. Mourinyoya illik 60 milyon avro maaş olmaqla 2 illik sözləşmə təklif olunduğu bildirilir.

Joze Mourinyo 2021-ci ildən "Roma"nı çalışdırır. Portuqaliyalı mütəxəssisin İtaliya klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"