PSJ-dən 150 milyon avro istəyir - Nigeriyalı hücumçu üçün

2 Aprel 2023 21:40 İtaliya 714
PSJ-dən 150 milyon avro istəyir - Nigeriyalı hücumçu üçün

PSJ “Napoli”nin hücumçusu Viktor Osimhenlə maraqlanır.

Sportinfo.az xəbər verir ki, yay transfer pəncərəsində nigeriyalı futbolçunun keçidini rəsmiləşdirmək Paris klubu üçün əsas hədəf olaraq müəyyənləşib.

Liqa 1 təmsilçisi futbolçuya illik 10 milyon avro maaşla 5 illik müqavilə təklif etməyə hazırdır. “Napoli” isə forvardı üçün 150 milyon avro istəyir.

Osimhen 2022/23 mövsümündə Neapol klubunun heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 25 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"