
"Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo yenidən Turin klubunu çalışdırmağın əleyhinə deyil.
Sportinfo.az xəbər verir ki, hazırda "Fatih Karagümrük"ün baş məşqçisi olan italiyalı mütəxəssis "La Gazzetta dello Sport"a açıqlamasında "Yuventus"a mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb:
"Xeyli oyunçusu zədəli olsa da, Alleqrinin komandası çox güclüdür. Turnir cədvəlində “Napoli”dən geri qalması real güc fərqini əks etdirmir.
Klubla yaxşı münasibətim var. Qarşılıqlı hörmətimiz davam edir. Zəng etsələr qayıdarammı? Əllbəttə. Söhbət “Yuventus” kimi top klubdan gedir".
Qeyd edək ki, Pirlo 2021/2022 mövsümündə "Yuventus"un baş məşqçisi vəzifəsində çalışıb.