“Bəzi səhvlərimiz olub, onları burada ayrı-ayrılıqda sadalamağa ehtiyac yoxdur”

05:30 Güləş 93
“Bəzi səhvlərimiz olub, onları burada ayrı-ayrılıqda sadalamağa ehtiyac yoxdur”

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə son dünya çempionatı həqiqətən güclü rəqabət şəraitində keçib.

Sportinfo.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nurəddin Rəcəbov Bakıya qayıdarkən hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, güclü rəqiblərə baxmayaraq, Azərbaycan komandası iki qızıl medal qazanıb.

Məşqçinin sözlərinə görə, əldə olunan nəticələr idmançıların Afina Olimpiya Oyunlarına hazırlığı baxımından ümidləri artırıb:

"İdmançılarımız bu yarışlarda nəyə qadir olduqlarını hiss edirlər. Çox yüksək səviyyədə güləş nümayiş etdiriblər. Bəzi səhvlərimiz olub, onları burada ayrı-ayrılıqda sadalamağa ehtiyac yoxdur. Amma biz hazırkı nəticələrdən daha yüksək nəticə əldə edə, medallarımızın sayını artıra bilərdik. Əsas səhvimiz tələskənlik olub".

Nurəddin Rəcəbov dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərinin bütün ölkələr arasında ikinci yeri tutmalarının ümidverici olduğunu vurğulayıb.

O, həmçinin komandanın mütəmadi olaraq təlim-məşq toplanışları keçirmək imkanı əldə etdiyini qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM