“Real” Ançelotti ilə vidalaşsa, Spalettinin ora getməsini mərc edərəm”

28 Mart 2023 18:20 İtaliya 356
“Real” Ançelotti ilə vidalaşsa, Spalettinin ora getməsini mərc edərəm”

İtaliya millisinin keçmiş futbolçusu Antonio Kassano “Napoli”nin çalışdırıcısı Luçano Spaletti barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, italiyalı mütəxəssisin “Yuventus”a getməyəcəyini deyib:

“Mən onun “Napoli”də çox şey edə biləcəyini düşünmürəm. Başqa bir kluba mümkün keçidindən danışsaq, “Real”ın adını çəkərdim.

İspaniya klubu Karlo Ançelotti ilə vidalaşsa, Spalettinin oraya getməsini mərc edərəm.

O, “Yuventus”a getməyəcək! Spalettini İtaliya A Seriyasında yalnız “Milan”ın və ya “Fiorentina”nın baş məşqçisi kimi təsəvvür edə bilərsiz”.

İtaliyalı mütəxəssisin çalışdırdığı Neapol təmsilçisi hazırda ölkə çempionatının turnir cədvəlində 71 xalla vahid liderdir.

Digər Xəbərlər
Xəbər Lenti