
Argentina millisinin və “Napoli”nin keçmiş futbolçusu Dieqo Maradonanın oğlu Dieqo Xviça Kvaratsxeliya haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, əfsanəvi oyunçunun forma nömrəsinin gürcüstanlı futbolçuya verilməsindən söz açıb:
“Xviçaya 10 nömrənin verilməsi? Lorenso İnsinye haqqında dediklərimi təkrar edirəm: ümid edirdim ki, o, 10 nömrənin sahibi olacaq.
Kvaratsxeliya böyük oyunçudur, çox güclüdür. Lakin çox şey tələb edir”.
Cari mövsümdə gürcüstanlı oyunçu “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 13 qol vurub və 15 məhsuldar ötürmə edib.