“Klubdan getmək ehtimalım var, lakin...”

23 Mart 2023 00:10 İtaliya 320
“Klubdan getmək ehtimalım var, lakin...”

“Yuventus”un futbolçusu Adrien Rabyo İtaliya klubunun heyətində qala biləcəyini deyib.

Sportinfo.az xəbər verir ki, o, Turin təmsilçisinin heyətində özünü əla hiss etdiyini bildirib:

“Klubdan getmək ehtimalım var. Lakin sözləşməm yenilənə bilər. Turində özümü əla hiss edirəm.

Məşqçilərin verdiyi tapşırıqların öhdəsindən yaxşı gəlirəm. Baş məşqçimizlə münasibətim normaldır”.

27 yaşlı fransalı oyunçunun “qoca sinyora” ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Rabyo 2019-cu ilin iyulundan “Yuventus”un formasını geyinir. O, cari mövsümdə komandanın heyətində 33 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti