"Futbolçularıma dedim ki, xahiş edirəm, mənə əziyyət verməyin"

21 Mart 2023 00:00 İtaliya 290
"Futbolçularıma dedim ki, xahiş edirəm, mənə əziyyət verməyin"

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 27-ci turunun “İnter”lə matçından sonra (1:0) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Turin təmsilçisinin yaxşı müdafiə olunduğunu deyib:

“Komandama təşəkkür edirəm. Milli komandaların oyunları üçün yaranan fasilədə istirahət edə biləcəyik. Əks halda, vəziyyət gərgin ola bilərdi.

Qalib gəlmək lazımdır ki, sonra həzz almaq mümkün olsun. Ona görə də, oyundan öncə futbolçularıma dedim ki, xahiş edirəm, qələbə qazanaq, mənə əziyyət verməyin.

Onlar da mənim xahişimi yerə salmadı. Futbolçularım inkişaf edib. Yaxşı müdafiə olunduq.

Rəqibin qapımızın qarşısına getməsinə imkan vermədik. Komandamın xarakteri və əzmi yerindədir. 15 xal itirməyin nə olduğunu yalnız həmin anı yaşamaqla başa düşmək olar.

Buna baxmayaraq, UEFA Avropa Liqasının 1/4 finalına, İtaliya kubokunun isə yarımfinalına vəsiqə qazanmışıq”.

“Qoca sinyora” hazırda İtaliya çempionatının turnir cədvəlində 41 xalla yeddinci, “İnter” isə 50 xalla üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!