"Bu, hörmətsizlikdir, biz incimişik - Bundan sonra danışmaq mənə çətindir"

20 Mart 2023 15:40 İtaliya 381
"Bu, hörmətsizlikdir, biz incimişik - Bundan sonra danışmaq mənə çətindir"

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 27-ci turunun “Yuventus”la matçını (0:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, hakimlərin işindən narazılığını ifadə edib:

“Biz VAR sisteminin mövcud olduğu dövrdə qəbuledilməz qol buraxdıq. Hakimlər həmin epizodun aydın görünmədiyini bildirdilər.

Bu, hörmətsizlikdir, biz incimişik.

Bundan sonra oyun barədə danışmaq məşqçi kimi mənim üçün çətindir. Orada həndbolun olduğunu göstərən 20 müxtəlif kadr gördüm. Bununla bağlı hakimin fikrini eşitdim, amma qəbul etmirəm”.

Milan təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlində 50 xalla üçüncü, “qoca sinyora” isə 41 xalla yeddincidir.

Digər Xəbərlər
Xəbər Lenti