İbra A Seriyasında qol vuran ən yaşlı futbolçu oldu - VİDEO

19 Mart 2023 10:00 İtaliya 358
İbra A Seriyasında qol vuran ən yaşlı futbolçu oldu - VİDEO

İtaliya A Seriyasında XXVII turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, “Milan” “Udineze”nin qonağı olub. Ev sahibləri qələbə qazanıblar 3:1.

Meydan sahiblərinə qələbə gətirən qolları Roberto Pereyra, Beto və Kinqsli Ehizibue vurub. “Milan”da isə Zlatan İbrahomovuç fərqlənib.

41 yaş, 166 günlüyündə qol vuran Zlatan İbrahimoviç İtaliya A Seriyasında rəqib qapısına yol tapmağı bacaran ən yaşlı futbolçu olub.

O, “Milan”ın sabiq müdafiəçisi Alessandro Kostakurtanı (41 yaş, 25 gün) geridə qoyub.

Bu məğlubiyyətdən sonra “Milan” 48 xalla 4-cü yerdə qalıb. Xallarını 38-ə çatdıran “Udineze” isə üç pillə irəliləyərək 8-ci sıraya yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti