
“Napoli”nin idman direktoru Kristiano Gintoli neapolluların liderlərinə mümkün yeni müqavilə təklifini şərh edib.
Sportinfo.az xəbər verir ki, klub rəsmisi “Napoli”nin üç aparıcı futbolçusu ilə uzunmüddətli müqavilələrinin olduğunu xatırladıb:
“Viktor Osimhen, Xviça Kvaratsxeliya və Kim Min Jaenin müqavilələri yenilənəcək?
Onların uzunmüddətli müqavilələri var, biz tələsmirik. Gəlin bunu bu yay edək”.
“Napoli” Çempionlar Liqasının 1/8 mərhələsinin cavab oyununda “Ayntraxt”a (Frankfurt”) qalib gələrək (3:0) turnirin 1/4 finalına yüksəlib.
Bundan başqa, Luçano Spalettinin komandası 26 turdan sonra 68 xalla İtaliya A Seriyasında turnir cədvəlinə başçılıq edir.