Bir şəhərin iki klubu 21 yaşlı hücumçu uğrunda mübarizə aparacaq

17 Mart 00:10 İtaliya 224
Bir şəhərin iki klubu 21 yaşlı hücumçu uğrunda mübarizə aparacaq

“İnter” və “Milan” Fransa klubu “Reyms”də icarə əsasında çıxış edən “Arsenal”ın futbolçusu Folarin Baloqunla maraqlanır.

Sportinfo.az xəbər verir ki, Milan şəhərinin təmsilçiləri yay transfer pəncərəsində 21 yaşlı gənci transfer etmək uğrunda mübarizə aparacaq.

“Milan” ingiltərəli oyunçunu 41 yaşlı hücumçusu Zlatan İbrahimoviçin əvəzləyicisi kimi nəzərdən keçirir.

Baloqun cari mövsümdə “Reyms”in heyətində 28 oyuna çıxıb, 17 qol vurub və iki məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti