"Qalatasaray"da çalışmış məşhur məşqçi karyerasını bitirdi

14 Mart 18:40 İtaliya 253
"Qalatasaray"da çalışmış məşhur məşqçi karyerasını bitirdi

Çezare Prandelli məşqçilik karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, bu barədə 65 yaşlı italiyalı məşqçinin özü açıqlama verib.

Prandelli ailəsinə vaxt ayırmaq istədiyini deyib:

“Futbolla vidalaşmağın vaxtıdır. Bundan sonra zamanımı ailəmə və nəvələrimə sərf etmək istəyirəm. Vaxtımın əsas hissəsini onlarla parkda keçirəcəm”.

Məşqçilik karyerasına 1993-cü ildə başlayan Prandelli İtaliya milli komandasını, “Roma”, “Fiorentina”, “Valensiya” və ”Qalatasaray”ı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti