Kvaratsxeliya fevralın ən yaxşı futbolçusu seçildi - A Seriyasında

14 Mart 2023 12:00 İtaliya 240
Kvaratsxeliya fevralın ən yaxşı futbolçusu seçildi - A Seriyasında

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında fevral ayının ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı vinger ötən ay meydana çıxdığı 4 oyunda 3 qol vurub.

Kvaratsxeliya bu mövsüm ikinci dəfədir A Seriyasında ayın ən yaxşı futbolçusu seçilir. O, avqust ayının da ən yaxşısı elan edilmişdi.

Fevral ayının ən yaxşı məşqçisi isə “Bolonya”nı çalışdıran Tyaqo Motta olub. Onun komandası ötən ay keçirdiyi dörd oyundan üçündə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti