Klubdan heç kim media ilə danışmayacaq - Cəzası təsdiqləndi

12 Mart 2023 18:40 İtaliya 275
Klubdan heç kim media ilə danışmayacaq - Cəzası təsdiqləndi

“Roma”nın baş məşqçisi Joze Mourinyo hakimlərlə mübahisəyə görə diskvalifikasiya olunub.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya A Seriyasının 24-cü turunda “Kremoneze” ilə matçdan (1:2) sonra 2 oyunluq cəzalanmışdı.

Lakin apellyasiya səbəbindən “Yuventus”la görüşdə cəza dondurulmuş və Mourinyo texniki zonada komandasına rəhbərlik etmişdi.

Mou apellyasiyanı uduzduğundan cəza yenidən qüvvəyə minib. O, “Sassuolo” və “Latsio” ilə oyunları buraxmalı olacaq.

Bu qərardan sonra “Roma” bəyan edib ki, bu qarşılaşmalar başa çatana qədər klubdan heç kim media ilə danışmayacaq.

Mourinyo isə qərar açıqlandıqdan sonra sosial şəbəkədə əllərini çarpaz formada tutaraq şəkil paylaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda