Zlatan İbrahimoviç zirvəni ələ keçirdi

11 Mart 2023 22:00 İtaliya 847
Zlatan İbrahimoviç zirvəni ələ keçirdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İtaliya çempionatları tarixinin ən yaşlı futbolçularını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıya “Milan”ın hücumçusu Zlatan İbrahimoviç başçılıq edir.

Martın 4-də A seriyasının 25-ci turunda "Fiorentina” (1:2) ilə keçirilən matçda iştirak edən isveçli forvard 41 yaş 158 günlüyündə meydana çıxıb.

İkinci sırada sabiq "Milan"lı Alessandro Kostakurtadır. O, 41 yaş 25 günlüyündə meydana çıxıb. İtaliyalı veteran futbolçu Pyetro Verkuvud (41 yaş 10 gün) 3-cüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”