İdman direktoru: "Mən İtaliya komandalarından qaçmağa üstünlük verərdim"

10 Mart 2023 15:20 İtaliya 251
İdman direktoru: "Mən İtaliya komandalarından qaçmağa üstünlük verərdim"

“Əvvəlki illərdə olduğu kimi, tüklərim biz-biz oldu.

Biz buna layiqik. Təbii ki, ilk 1/4 finalın daimi üzvü olacağımızı düşünə bilməzsiniz, amma indi biz buradayıq və mübarizəmizi davam etdirəcəyik.

Fürsətləri ələ keçirmək lazımdır".

Sportinfo.az xəbər verir ki, bu sözləri "La Gazetta dello Sport"a açıqlamasında "Milan"ın canlı əfsanəsi Paulo Maldini deyib.

Hazırda klubun idman direktoru olan keçmiş müdafiəçi "Milan"ın Çempionlar Liqasında tarixi ənənəsinin olduğunu xatırladıb:

"Bu səyahətə haradan başladığımızı bilirik, amma onu harada bitirəcəyimizi hələ də bilmirik. Gənc komandamız var. Baş məşqçimiz Pioliyə inanırıq".

Maldini ÇL-in 1/4 finalında İtaliya klubuna rəqib olmaq istəmədiklərini deyib:

"A seriyasının qalibi olmağımız çətin görünür. Amma biz ilk 4-lüyə düşməliyik.

Çempionlar Liqasının püşkatma mərasiminə gəlincə, mən İtaliya komandalarından qaçmağa üstünlük verərdim. Amma indi bütün rəqiblər bizə yaraşır.

İndi "Bavariya", "Mançester Siti " və "Real" səviyyəsində oynayacağımızı gözləmək düzgün deyil. Amma bu klublardan biri qarşımıza çıxsa, o zaman layiqli mübarizə aparacağıq".

A seriyasında 47 xalla 5-ci pillədə olan son çempion "Milan" UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti