“Roma”nın baş məşqçisi Joze Mourinyo “Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri ilə münasibətindən danışıb.
Sportinfo.az xəbər verir ki, o, həmkarı ilə tez-tez yazışdığını vurğulayıb:
“Alleqri ilə tez-tez yazışırıq. Onunla yaxşı dostuq. Məyusluğunu və kədərini hörmətlə qarşılayıram. Onun komandasını çox sevirəm”.
Portuqaliyalı mütəxəssis “İtaliya A Seriyasında dördlüyə düşüb, UEFA Çempionlar Liqasına vəsiqə qazana bilərsiz” sualını belə cavablandırıb:
“Roma” hüdudlarını dərk etməli olan klubdur. Ölkə çempionatı marafondur.
Qarşıdakı matçlara diqqət yetirsək, “Yuventus” kimi rəqibləri məğlub edə bilərik”.
“Canavarlar” İtaliya çempionatının 25-ci turunda “Yuventus”u minimal hesabla məğlub edib (1:0). Həmin matçdan sonra “Roma” 47 xalla turnir cədvəlində dördüncü, “Yuventus” isə 35 xalla yeddinci pillədə qərarlaşıb.

