"10-15 ildən sonra nə olacağını bilmirəm, bəlkə ona zəng edər"

6 Mart 2023 15:20 İtaliya 655
"10-15 ildən sonra nə olacağını bilmirəm, bəlkə ona zəng edər"

"Napoli"nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeli futbolçunun gələcəyi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, “GeoTeam”ə açıqlama verən Cuqeli Xviçanın Neapolda qalacağını bildirib:

"Xviçanı “Napoli”də hər şeyi razı salır, hazırda heç bir klubla danışıq aparmırıq. O, İtaliyanın başqa klubuna keçməyəcək.

Xviça ilə danışdım və o, mənə etiraf etdi: “Mamuka, mən “Napoli”dən başqa heç bir İtaliya komandasında oynamayacam”.

10-15 ildən sonra nə olacağını bilmirəm, bəlkə “İnter” ona zəng edər, Xviça da yollanar Milana. Ancaq hazırda istəmir.

İtaliyada onun üçün yalnız Neapol var. Onun atası Badri ilə "Barselona"ya azarkeşlik edirik, Xviça isə “Real”ı dəstəkləyir.

Onu “Barsa” formasında görmək məni xoşbəxt edərdi. Ancaq “Real” fanatıdır".

İspaniya mətbuat "Real"ın Xviçaya görə "Napoli"yə 100 milyon avro təklif etdiyini iddia edir.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM