Hakimlərlə problem yaşayan məşhur məşqçinin cəzası ləğv edildi

5 Mart 2023 22:00 İtaliya 502
Hakimlərlə problem yaşayan məşhur məşqçinin cəzası ləğv edildi

“Roma”nın baş məşqçisi Joze Mourinyonun cəzası ləğv edilib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Yuventus”la oyunda komandasına rəhbərlik edə biləcək.

Mourinyo İtaliya A Seriyasının 24-cü turunda “Kremoneze” ilə matçda (1:2) hakimlərlə mübahisə etdiyi üçün 2 oyunluq diskvalifikasiya olunmuşdu. O, görüşdən sonra hakimlər otağına da girmişdi.

“Roma” baş məşqçisinin cəzalanması ilə bağlı apellyasiya verərək göstərib ki, Mourinyonun özünü belə aparmasının səbəbi 4-cü hakimin təxribatı olub.

İtaliya Futbol Federasiyası cəzanın dayandırılması barədə qərar verib. Federasiyaya məşqçi ilə hakim arasında baş vermiş mübahisəni araşdırmaq üçün müəyyən qədər vaxt lazım gələcək.

Bu gün keçiriləcək “Roma” – “Yuventus” oyununa saat 23:45-də start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti