“Milan” səfərdə “Fiorentina”ya məğlub oldu – VİDEO

5 Mart 2023 10:20 İtaliya 736
“Milan” səfərdə “Fiorentina”ya məğlub oldu – VİDEO

İtaliya A Seriyasının XXV turunda “Milan” uğursuzluqla üzləşib.

Sportinfo.az xəbər verir ki, “rossoneri” “Fiorentina” səfərində büdrəyib.

“Artemio Franki”də keçirilən görüşdə ev sahibi qələbə qazanıb – 2:1.

Hesabı 49-cu dəqiqədə penaltidən Nikolas Qonsales açıb, 87-ci dəqiqədə Luka Yoviç florensiyalıların 2-ci topunu vurub. “Milan”ın təsəlli qoluna Teo Hernandez imza atıb.

“Milan” 47 xalla 4-cü, xalını 31-ə çatdıran “Fiorentina” 12-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM