"Bu mövsüm istəyinə nail olsa, o, kral olacaq"

5 Mart 2023 12:00 İtaliya 558
"Bu mövsüm istəyinə nail olsa, o, kral olacaq"

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri İtaliya A Seriyasının 25-ci turunun “Napoli” ilə görüşünü şərh edib (1:0).

Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, “Napoli”nin “sükanı arxasında” olan Luçano Spaletti haqda danışıb:

“Spaletti bu mövsüm istəyinə nail olsa, o, Neapolda kral olacaq. Qalib olmaq hər yerdə əladır. Lakin Neapolda bunu bacarmaq xüsusi bir şeydir. Luçanonun adına xoşbəxtəm”.

“Latsio” hazırda İtaliya çempionatının turnir cədvəlində 48 xalla ikinci, “Napoli” isə 65 xalla birincidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti