“İnter”in vitse-prezidenti Xavyer Zanetti “The Best” mükafatına layiq görülən Lionel Messi barədə danışıb.
Sportinfo.az xəbər verir ki, o, argentinalı futbolçunun mükafata layiq olduğunu bildirib:
“Mənim üçün Messi futbolun özüdür. O, karyerası boyunca bunu sübut edib. 2022-ci ilin ən yaxşı futbolçusu mükafatına tam layiq idi.
DÇ-2022-nin final oyunundan sonra meydançaya daxil oldum və onu qucaqladım. Arzumun gerçəkləşməsinə kömək etdiyi üçün Messiyə təşəkkür etdim”.
Zanetti, həmyerlisinin “İnter”ə mümkün keçidi ilə bağlı da danışıb: “Onun “İnter”ə keçidi çətin məsələdir. Məncə, bu, bizə görə bir az bahadır”.
“The Best” mükafatının qalibi PSJ-nin hücumçusu Lionel Messi olub.
Emiliano Martines 2022-ci ilin ən yaxşı qapıçısı, Argentina yığmasının baş məşqçisi Lionel Skaloni ötən ilin ən yaxşı məşqçisi seçilib.

