Çempionluq yolunda yeddinci qələbə - VİDEO

26 Fevral 2023 10:20 İtaliya 714
Çempionluq yolunda yeddinci qələbə - VİDEO

“Napoli” qələbə seriyasını 7 matça çatdırıb.

Sportinfo.az xəbər verir ki, Luçano Spalettinin yetirmələri A Seriyasının 24-cü turunda səfərdə “Empoli”yə qalib gəlib (2:0).

Sonuncu dəfə neapollular yanvarın 17-də qələbə qazana bilməyiblər. “Kremoneze” penaltilər seriyasında onları İtaliya kubokundan kənarlaşdırıb. O vaxtdan bəri klub bütün yarışlarda ardıcıl 7 qələbə qazanıb, ümumi hesab isə 16:1-dir.

İtaliya çempionatında son 20 oyunda “Napoli” yalnız bir dəfə xal itirib - yanvarın 4-də “İnter”ə uduzub (0:1).

Qeyd edək ki, növbəi turda A Seriyasının lideri “Latsio” ilə oyun keçirəcək. Matç martın 3-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM