”Qalmaq istəyirəm və hiss edirəm ki, danışıqlar uğurla başa çatacaq”

26 Fevral 2023 00:20 İtaliya 586
”Qalmaq istəyirəm və hiss edirəm ki, danışıqlar uğurla başa çatacaq”

“Milan”ın hücumçusu Olivye Jiru “rossonyerlər”lə müqavilə müddətini uzatmaq istədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, “DAZN”a danışan fransalı forvard başqa komandaya keçmək niyyətində deyil:

"Milan"da qalmaq istəyirəm. Ümid edirəm ki, ortaq məxrəcə gələcəyik. Yeni müqavilə ilə bağlı danışıqlar davam edir. Hiss edirəm ki, danışıqlar uğurla başa çatacaq”.

​36 yaşlı forvardın İtaliya çempionu ilə müqaviləsi iyunun 30-da başa çatacaq. O, 2021-ci ildə “Çelsi”dən “Milan”a keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM