"Hər şeyi bəyəndim, həmkarlarımın əla iş gördüyünü qeyd edə bilmərəm"

25 Fevral 2023 18:40 İtaliya 907
"Hər şeyi bəyəndim, həmkarlarımın əla iş gördüyünü qeyd edə bilmərəm"

“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının 1/16 finalının “Zalsburq”la cavab qarşılaşmasından sonra (2:0) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, vacib qələbə qazandıqlarını bildirib:

“Vacib qələbə qazandıq. Hər şeyi bəyəndim. Lakin həmkarlarımın əla iş gördüyünü qeyd edə bilmərəm.

Andrea Belotti komanda üçün çox çalışır. Corcinyo Veynaldumun təcrübəsi bizə çox kömək olur”.

İki oyunun nəticəsinə əsasən, “canavarlar” 2:1 hesablı qələbəyə sevinərək, növbəti mərhələyə vəsiqə qazanıb.

“Roma”nın 1/8 finalda rəqibi bu gün keçiriləcək püşkatmadan sonra məlum olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM