Yayda gələn baş məşqçini yola saldılar - Daha bir istefa

17 Fevral 2023 15:40 İtaliya 777
Yayda gələn baş məşqçini yola saldılar - Daha bir istefa

İtaliyanın “Spetsiya” klubu baş məşqçisi Luka Qottiylə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib.

İstefaya komandanın uğursuz çıxışı səbəb olub. “Spetsiya” A Seriyasında bu mövsüm keçirdiyi 22 oyunda cəmi 19 xal toplayıb və 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

2022-ci ilin yayından bu komadaya rəhbərlik edən Qotti isə “Spetsiya”nı bütövlükdə 25 oyuna çıxarıb. Komanda bu oyunlarda 6 qələbə qazanıb və 7 heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti