Komanda pis çıxış etdi, baş məşqçi və köməkçiləri istefaya göndərildi

15 Fevral 2023 01:40 İtaliya 570
Komanda pis çıxış etdi, baş məşqçi və köməkçiləri istefaya göndərildi

İtaliyanın SPAL klubu baş məşqçisi Daniele De Rossini istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

39 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. İstefaya komandanın uğursuz nəticələri səbəb göstərilib.

Son üç oyununda məğlubiyyətlə üzləşən SPAL B Seriyasında 24 oyuna topladığı 24 xalla 18-ci pillədə qərarlaşıb.

De Rossi 2022-ci ilin oktyabrından çalışdırdığı SPAL-ı 17 oyuna çıxarıb. Komanda bu oyunlarda cəmi 3 qələbə qazanıb, 6 heç-heçə edib və 8 məğlubiyyətlə üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM