
İtaliya A Seriyasında 21-ci turun matçları oynanılır.
Sportinfo.az xəbər verir ki, lider “Napoli” səfərdə “Spezia”nın qonağı olub.
Kvaratsxelianın penalti zərbəsi və Osimhenin dublu sayəsində qalib gələn qonaqlar çempionluq yolunda daha bir inamlı addım atıblar - 3:0.
Turun mərkəzi qarşılaşmasında “İnter”lə “Milan” üz-üzə gələcək. Tura çərşənbə axşamı baş tutacaq “Salernitana” - “Yuventus” matçı ilə yekun vurulacaq.