Paytaxt klubunda ispan - 6 aylıq icarə üçün 500 min avro ödənidl

5 Fevral 2023 15:40 İtaliya 482
Paytaxt klubunda ispan -  6 aylıq icarə üçün 500 min avro ödənidl

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniya millisinin və “Lids”in müdafiəçisi Dieqo Lyorenteni heyətinə qatıb.

29 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 6 aylıq icarə üçün “Lids”ə 500 min avro ödənilib.

Lyorente Madrid “Real”ının yetirməsidir. Həmin dövrdə “Rayo Valyekano” və “Malaqa”da icarədə olan müdafiəçi, 2017-ci ildə “Real Sosyedad”a satılıb – 11 milyon avroya.

Müdafiəçi “Lids”ə 2020-ci ildə məhz “Real Sosyedad”dan 20 milyon avro qarşılığında keçib. O, Premyer Liqa təmsilçisində 59 oyuna 4 qol vurub, İspaniya millisində 10 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti