Onunla yeni müqavilə imzalamayacaq - “Yuventus”

2 Fevral 2023 18:40 İtaliya 382
Onunla yeni müqavilə imzalamayacaq - “Yuventus”

“Yuventus” Anxel di Mariya ilə müqaviləni yeniləməyəcək.

Sportinfo.az xəbər verir ki, “qoca sinyora” gələn mövsüm maaşları azaltmaq niyyətindədir.

Bu səbəbdən son dünya çempionuna yeni sözləşmə təklif edilməyəcək.

34 yaşlı oyunçu 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin 30 iyununa qədər qüvvədədir.

Anxel di Mariya bu mövsüm İtaliya A Seriyası təmsilçisinin heyətində bütün yarışlar daxil olmaqla, 15 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!