Səhhətində problem olan hücumçunu 4 klub istəyir

1 Fevral 2023 10:00 İtaliya 576
Səhhətində problem olan hücumçunu 4 klub istəyir

“İnter”in hücumçusu Romelu Lukaku klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı belçikalının xidmətində “Bayern”, “Tottenhem” və “Atletiko” maraqlıdır.

İngiltərə Premyer Liqa klublarından “Nyukasl” da futbolçunu transfer etmək istəyir.

Romelu Lukaku bu mövsüm səhhətindəki problemlərə görə “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 7 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti