Türkiyəli mərkəz müdafiəçisi "Sampdoriya"ya keçdi

1 Fevral 2023 00:20 İtaliya 373
Türkiyəli mərkəz müdafiəçisi "Sampdoriya"ya keçdi

Türkiyəli futbolçu Koray Günter İtaliyada klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi "Verona"dan "Sampdoriya"ya keçib.

Mövsümün sonuna kimi icarə əsasında "Sampdoriya"da çıxış edəcək.

Koray Günter "Verona"ya 2020-ci ilin yayında "Cenoa"dan transfer olunub.

O, cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti