"İndi bizim komandaya keçmək üçün doğru vaxt deyil"

24 Yanvar 2023 00:10 İtaliya 386
"İndi bizim komandaya keçmək üçün doğru vaxt deyil"

“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariya komandanı tərk etməyəcəyini bildirib.

Sportinfo.az xəbər verir ki, “Football Italia”ya istinadən xəbər verir ki, argentinalı Turində xoşbəxt olduğunu söyləyib:

"İndi bizim komandaya keçmək üçün doğru vaxt deyil. Çünki klubun problemləri var.

Buna baxmayaraq, “Yuventus” böyük klub olaraq qalır. Əsas odur ki, gücümüzü qoruyaq və ən yaxşı oyunumuzu göstərməyə davam edək.

Mən həmişə ailəmin rəyini nəzərə alaraq qərar qəbul edirəm və ailəm Turində xoşbəxtdir. “Yuventus” İtaliyanın ən böyük klubudur. Hər şeydən məmnunuq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!