200 milyon avroya görə klubu məhkəməyə verdi - Ronaldo

23 Yanvar 2023 00:10 İtaliya 793
200 milyon avroya görə klubu məhkəməyə verdi - Ronaldo

Kriştiano Ronaldon "Yuventus"u məhkəməyə verib.

Sportinfo.az xəbər verir ki, buna səbəb klubun ona 19,5 milyon avro borcu olmasıdır. Ronaldo 2018-2021-ci illərdə "Yuventus"da yer alıb.

Koronavirus pandemiyası zamanı klub bəzi futbolçuların maaşlarını azaldıb, lakin bir müddət sonra onlara qeyri-rəsmi ödənişlərə zəmanət verib.

Bu məbləğlər maliyyə hesabatlarından yan keçib. Ötən ilin sonunda İtaliya hakimiyyəti üç il ərzində təxminən 200 milyon avro itki gizlətdiyi üçün "Yuventus"u məhkəməyə verib.

Ronaldonun illərlə maliyyə fırıldaqçılığından xəbəri olub-olmadığı hələ bəlli deyil.

Bununla belə, Kalsio Finanzanın sözlərinə görə, istintaqda "futbolçunun qonorarının ödənilməsini təxirə salmağı xahiş etdiyi məktubun təfərrüatları var" ifadəsi təqdim edilib.

Məktubun rəsmi imzalanmadığı da bildirilib. Ona görə də futbolçunun arzuladığı pulu alacağına inanmaq çətindir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"