“Yuventus” şikayət edəcək

22 Yanvar 2023 01:30 İtaliya 302
“Yuventus” şikayət edəcək

İtaliya A Seriyası rəhbərliyi tərəfindən ağır cəzaya məruz qalan “Yuventus” hesabından 15 xal silinməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı bəyanata görə, “qoca sinyora” apelyasiya şikayəti edəcək:

“Yuventus” tərəfi qərarın əsaslandırıcı hissəsinin dərcini gözləyir və İdman Ədaləti Məcəlləsinin müddəalarına uyğun olaraq İdman Arbitraj Şurasına müraciət edəcəyini elan edir”.

Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib.

Eyni zamanda, klub rəhbərliyində yer almış Paratiçi 2.5, Andrea Anyelli və Arrivabene 2 il, Çerubini 1 il 4 ay, Pavel Nedved isə 8 aylıq diskvalifikasiyaya məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti