“İnter” “Milan”ı darmadağın etdi, Superkuboku qazandı – VİDEO

19 Yanvar 2023 01:40 İtaliya 677
“İnter” “Milan”ı darmadağın etdi, Superkuboku qazandı – VİDEO

İtaliya Superkubokunda “Milan”ı 3:0 hesabı ilə yenən “İnter” ardıcıl ikinci dəfə kuboku qazanıb.

Sportinfo.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilib.

Qolları Federiko Dimarko (10-cu dəqiqə), Edin Ceko (21) və Lautaro Martines (77) vurub.

“Milan” ölkə çempionu, “İnter” isə ölkə kubokunun sahibi kimi Superkubok matçında oynamaq hüququ əldə edib.

İtaliya Superkuboku 1988-ci ildən keçirilir, ən titullu komanda 9 qələbəsi olan Turinin “Yuventus”udur.

“İnter” yeddinci dəfə İtaliya Superkubokunu qazanıb və bu göstəriciyə görə “Milan”la ikinci yeri paylaşır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"