Dörd ay qələbə qazanmadı, bir oyunda 9 top buraxdı, baş məşqçini qovdu

17 Yanvar 2023 00:00 İtaliya 520
Dörd ay qələbə qazanmadı, bir oyunda 9 top buraxdı, baş məşqçini qovdu

“Salernitana” baş məşqçi Davide Nikolanı istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstefaya “Salernitana”nın İtaliya A Seriyasının 18-ci turunda “Atalanta”ya 2:8 hesablı məğlubiyyəti səbəb olub.

A Seriyasında 18 oyuna 18 xal toplamış “Salernitana” turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Komanda oktyabrdan bu yana qələbə qazanmayıb. O vaxtdan 6 oyuna çıxan komanda dörd görüşdə məğlub olub, ikisində isə heç-heçə edib.

Nikola 2022-ci ilin fevralından “Salernitana”ya rəhbərlik edirdi.

Digər Xəbərlər
Xəbər Lenti