Paytaxt təmsilçisi ilə yeni müqavilə imzalamaqdan imtina etdi. - MAAŞA GÖRƏ

15 Yanvar 2023 18:40 İtaliya 497
Paytaxt təmsilçisi ilə yeni müqavilə imzalamaqdan imtina etdi. - MAAŞA GÖRƏ

“Roma”nın müdafiəçisi Kris Smollinq paytaxt təmsilçisi ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı britaniyalı maaşının azaldılması müqabilində klubla cari sözləşməni yeniləmək fikrində deyil.

A Seriyası təmsilçisi futbolçunun maaşını 3.5 milyon avrodan 2.5 milyon avroya qədər azaltmağı düşünür.

Smollinqin “Roma” ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. O, bu mövsüm “canavarlar”ın heyətində 23 oyuna çıxıb və 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti