Paytaxt təmsilçisi ispaniyalı legioneri yenidən icarəyə verdi

14 Yanvar 2023 01:40 İtaliya 258
Paytaxt təmsilçisi ispaniyalı legioneri yenidən icarəyə verdi

İspaniya millisinin yarımmüdafiəçisi Qonsalo Vilyar icarə əsasında formasını geyindiyi “Sampdoriya”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu “Roma”ya qayıdıb.

Lakin paytaxt təmsilçisi onu yenidən icarəyə verib. İspaniyalı futbolçu ölkəsinə qayıtmağa qərar verib.

O, bundan sonra “Xetafe”nin uğurları üçün çalışacaq. Vilyarın bu mövsümün sonunadək satınalma şərti daxil olmaqla icarəyə götürüldüyü diqqətə çatdırılıb.

Vilyar 2020-ci ilin yanvarında “Elçe”dən “Roma”ya transfer olunub. O, bu komandanın heyətində 64 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

Joze Mourinyonun gəlişindən sonra “canavarlar”ın heyətində şans qazana bilməyən futbolçu ötən mövsümdə də “Xetafe”də icarədə oynamışdı.

O, La Liqa təmsilçisində 10 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi bu mövsüm “Sampdoriya”da da 16 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu