Xərçəncə tutulan məşhur hücumçu bu yaşda vəfat etdi

6 Yanvar 2023 15:20 İtaliya 705
Xərçəncə tutulan məşhur hücumçu bu yaşda vəfat etdi

İtaliyalı veteran futbolçu Canluka Vialli dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, keçmiş hücumçu 58 yaşında vəfat edib. Vialli bir müddətdir xərçəngdən müalicə olunurdu.

Canluka Vialli karyerası ərzində “Kremoneze”, “Sampdoriya”, “Yuventus” və “Çelsi”də çıxış edib.

O, İtaliya yığmasının heyətində keçirdiyi 59 matçda 16 qol vurub. Vialli “Çelsi” və “Uotford”da məşqçi kimi də çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!