"Mən heç vaxt danışmamışam, amma bu, ədalətsizdir”

5 Yanvar 2023 22:00 İtaliya 610
"Mən heç vaxt danışmamışam, amma bu, ədalətsizdir”

“Kremoneze”nin baş məşqçisi Massimiliano Alvini “DAZN”ə müsahibəsində A seriyasının 16-cı turunun "Yuventus"a məğlubiyyətini (0:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, 52 yaşlı italiyalı mütəxəssis matçın hesabının ədalətsiz olduğunu bildirib:

"Mən heç vaxt uğursuzluqdan danışmamışam, amma hesab edirəm ki, bu, ədalətsiz nəticədir və komandamın haqqı bu deyildi.

Nəticə ədalətsizdir, başqa heç nə deyə bilmərəm. Bizə xal lazım idi.

Komandanın əla çıxışı var idi və biz daha çoxuna layiq idik. Futbolçular və azarkeşlərimizə görə üzüldüm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti