"İnter"in müdafiəçisini istəyir - Premyer Liqa nəhəngləri

4 Yanvar 2023 00:00 İtaliya 385
"İnter"in müdafiəçisini istəyir - Premyer Liqa nəhəngləri

"İnter"in futbolçusu Denzel Dyumfris karyerasının İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, niderlandlı sağ cinah müdafiəçisi ilə "Tottenhem", "Çelsi" və "Mançester Yunayted" yaxından maraqlanır.

Premyer Liqa klubları 26 yaşlı futbolçu üçün Milan təmsilçisi ilə danışıqlar aparır.

"İnter" Niderland millisinin üzvünü komandada saxlamaq istəyir. Lakin 50 milyon avrodan yüksək təklif olacağı halda italyanlar oyunçunu sata bilər.

"İnter" Denzel Dyumfrisi 2021-ci ilin yayında PSV-dən transfer edib.

Cinah müdafiəçisi cari mövsümdə A Seriyası klubunun heyətində meydana çıxdığı 20 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti