"Hər şey yaxşıdırsa, niyə gedirsən? Cavabı sadədir: pul"

2 Yanvar 2023 10:30 İtaliya 840
"Hər şey yaxşıdırsa, niyə gedirsən? Cavabı sadədir: pul"

Niderlandlı keçmiş futbolçu Klarens Zeedorf “İnter”in hücumçusu Romelu Lukaku haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, belçikalı oyunçunun “Çelsi”yə keçməklə yanıldığını deyib:

“Məncə, Lukaku İngiltərəyə gedəndə yanıldı. Hər şey yaxşıdırsa, niyə “Çelsi”yə gedirsən? Cavabı sadədir: pul.

Lakin pul həmişə üstünlük təşkil etməli deyil. Sırf ona görə, bu gün yaxşı oyunçuların sayı çox azdır”.

“Transfermarkt” portalının 2022-ci ildə dünyanın ən çox dəyər itirən futbolçularının siyahısında birinci yerdə 45 milyon avro qiyməti düşən Lukaku olub.

Digər Xəbərlər
Xəbər Lenti