Özbəkistanlı hücumçunu transfer edir - "Torino"

30 Dekabr 2022 01:40 İtaliya 376
Özbəkistanlı hücumçunu transfer edir -

“Roma” və Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov qış “transfer pəncərəsi”ndə iş yerini dəyişə bilər.

Sportinfo.az xıəbər verir ki, Şomuradov “Torino”ya keçidə yaxındır.

Turin klubu özbək forvarda zədə səbəbindən komandadan ayrı qalan Pyetro Pelleqrinin əvəzləyicisi kimi görür.

“Torino” yayda Şomuradovu heyətinə qatmaq istəsə də, buna nail ola bilməmişdi.

Artıq danışıqlar başlayıb və yaxın günlərdə transferin reallaşacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti